RU

İrandakı vəziyyətə görə Fransada parad ləğv edildi

ain.az, Axar.az portalına istinadən məlumat yayır.

Fransa Hərbi Dəniz Qüvvələrinin 400 illiyini qeyd etmək üçün Marseldə planlaşdırılan dəniz paradı ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat verib.

“Dəniz Qüvvələrinin hazırkı əməliyyat tapşırıqlarını və onların prioritetini nəzərə alaraq, Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi 8 may tarixində Marsel limanında planlaşdırılan dəniz qabiliyyətləri nümayişini ləğv etmək qərarına gəlib", - deyə bildirilib.

Gəmilərin əksəriyyətinin, o cümlədən "Şarl de Qoll" təyyarədaşıyan gəmisinin İsrailin Livandakı hərbi əməliyyatı və ABŞ-İsrail müharibəsi ilə bağlı missiyalarda iştirak etdiyini vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
axar.az

2Источники