RU

Ukrayna Moldovanın MDB-dən çıxışını dəstəkləyib

Ukrayna Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaq istiqamətində atdığı addımları dəstəklədiyini açıqlayıb.
Məlumat Interfax-Ukraine tərəfindən yayımlanan diplomatik bəyanata istinadən verilib.

Ukrayna XİN bildirib ki, region ölkələrinin postsovet formatlardan uzaqlaşma meyilləri dəstəklənir.

Qurumun açıqlamasında qeyd olunub ki, MDB kimi platformalar müasir çağırışlara cavab vermir və effektivliyini itirib. Buna görə də bu cür əməkdaşlıq formatlarından uzaqlaşma tendensiyası müsbət qiymətləndirilir.
Moldovanın MDB ilə bağlı konkret çıxış proseduru və rəsmi qərar detalları barədə əlavə məlumat hələ açıqlanmayıb.

//Samir Qurbanov, Editor.az

Избранный
21
editor.az

1Источники