RU

Meta süni intellekt planını daha aydın təqdim etdi

Meta yeni Muse Spark adlı süni intellekt modelini təqdim edib. Şirkət bildirib ki, bu model yaxın həftələrdə Instagram, WhatsApp, Facebook və ağıllı Ray-Ban eynəklərinə inteqrasiya olunacaq.

 

QHT.az xarici mediaya istinadən bildirir ki, Muse Spark alış-veriş, səyahət planlaması, sağlamlıqla bağlı sualların cavablandırılması və şəkillərin analiz edilməsi kimi funksiyaları yerinə yetirəcək. Şirkət bu modeli öz məhsulları üçün xüsusi hazırlanmış sistem kimi təqdim edir.

Meta son illərdə süni intellekt sahəsinə milyardlarla dollar yatırım edib. Təkcə 2025-ci ildə AI infrastrukturu üçün 72 milyard dollardan çox vəsait xərclənib. Yeni modelin təqdimatından sonra şirkətin səhmləri də yüksəlib.

Избранный
17
qht.az

1Источники