RU

İran neft ixracını iki dəfədən çox artırdı

CNN telekanalının məlumatına görə, İranda neft ixracının həcmi müharibədən əvvəlki gündəlik bir milyon barel (qiyməti 40-45 dollar) səviyyəsindən, hazırda 1,7 milyon barelə (qiyməti 100 dollardan yuxarı) qədər yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, neft bazarındakı bu kəskin artım həm ixrac həcminin, həm də dünya bazarında xam neftin qiymətinin yüksəlməsi ilə bağlıdır. Analitiklər qeyd edirlər ki, regiondakı gərginlik fonunda İran öz enerji resurslarının satışını artırmaqla hərbi-iqtisadi potensialını gücləndirməyə nail olub. Hazırda bir barel neftin qiymətinin 100 dolları keçməsi Tehranın gəlirlərinin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olub.

Xatırladaq ki, Hörmüz boğazındakı naviqasiya çətinlikləri və regional münaqişələr qlobal enerji təhlükəsizliyi üçün ciddi risklər yaratsa da, İranın ixrac göstəricilərində artım müşahidə olunmaqdadır.

Aygün

Избранный
20
1
nocomment.az

2Источники