Mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayan Endryu Robertson karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Tottenhem” 32 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanır və artıq ilkin danışıqlara başlayıb. Təcrübəli futbolçu qərarını mövsüm bitdikdən sonra verəcək.
Robertson bu mövsüm 31 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.