RU

“Barselona”nın yarımmüdafiəçisi “Atletiko”nun transfer siyahısına düşüb

Bakı. Trend:

"Atletiko"nun idman direktoru Mateu Alemani "Barselona"yarımmüdafiəçisi Mark Bernalın agentlərindən biri ilə görüşkeçirib.

Trend “As”aistinadən xəbər verir ki, Madrid klubu yeni mövsüm üçünyarımmüdafiəni gücləndirmək istəyir və 18 yaşlı futbolçu onlarındiqqətində olan namizədlərdən biridir. Yayda “Barselona”nın oyunçusatacağı gözlənildiyi üçün “Atletiko” vəziyyəti yaxındanizləyir.

Qeyd olunur ki, Bernal ötən mövsüm ciddi diz zədəsi alıb və uzunmüddət oynamayıb. Hazırda isə o, bərpa prosesindədir və HansiFlikin planlarına daxildir. Bu zədəni o, məhz “Atletiko”ya qarşı LaLiqa matçında almışdı.

Cari mövsümdə Bernal çempionatda 17 oyunda iştirak edib, 2 qolvurub və 1 məhsuldar ötürmə edib.

Избранный
2
1
az.trend.az

3Источники