Bu gecə Fransa çempionatında 29-cu tur start götürüb. Və elə turun ilk oyununda sensasiya qeydə alınıb. Məğlubiyyətsiz oyunlar seriyası 10-a çatan, son 7 oyunun hamısında qələbə qazanan “Monako” “Paris”lə səfər oyununda darmadağın olub – 1:4. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan, hazırda 5-ci pillədə qərarlaşan “knyazlar” çox önəmli 3 xal itirib. “Lion” və “Renn” hesabat turunda qələbə qazanarsa, “Monako”nu arxada qoyacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта