RU

Qalibaf Pakistandan ABŞ-a MESAJ VERDİ

İran İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Pakistanın paytaxtı İslamabada səfəri zamanı mühüm bəyanatlarla çıxış edib.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, Qalibaf hava limanında jurnalistlərin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin son açıqlamaları ilə bağlı suallarını cavablandırarkən Vaşinqtonun etibarsızlığını vurğulayıb.

Spiker qeyd edib ki, İranın amerikalılarla danışıqlar təcrübəsi hər zaman uğursuzluq və vədlərin pozulması ilə nəticələnib:

"Təəssüf ki, bir ildən az müddət ərzində, danışıqların ortasında İran tərəfinin xoş niyyətinə baxmayaraq bizə iki dəfə hücum etdilər və çox sayda müharibə cinayətləri törətdilər. Bizim xoş niyyətimiz var, lakin onlara heç bir etibarımız yoxdur".

Qalibaf qarşıdakı mümkün müzakirələrə də toxunaraq bildirib ki, əgər ABŞ tərəfi real razılaşmaya və İran xalqının haqlarını tanımağa hazırdırsa, rəsmi Tehran da buna eyni şəkildə cavab verəcək.

Lakin o, xəbərdarlıq edib ki, əgər ABŞ danışıqlardan bir nümayiş və ya aldatma əməliyyatı kimi istifadə etmək istəsə, İran öz hüquqlarını xalqının gücü ilə bərpa etməyə hazırdır.

Musavat.com

Избранный
58
musavat.com

1Источники