RU

KİV: İsrail və Livan səfirləri Vaşinqtonda sülhü müzakirə edəcək

BAKI, 11 aprel. TELEQRAF

İsrail və Livan səfirləri aprelin 14-də Vaşinqtonda görüşərək iki ölkə arasında sülh sazişini müzakirə edəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında telefon danışığından sonra münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün görüşün keçirilməsi barədə razılıq əldə olunub.

İsrailin Vaşinqtondakı səfiri Yexiel Leyter dialoqa hazır olduqlarını təsdiqləyib, lakin “Hizbullah” hərəkatının nümayəndələri ilə atəşkəs məsələsinin müzakirəsini qəti şəkildə istisna edib.

Xatırladaq ki, bundan əvvəl İranın Tasnim agentliyi ABŞ-ın İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə İranla danışıqların başlamayacağını bildirmişdi.

Избранный
29
36
teleqraf.com

10Источники