RU

Putin Məlikovu yola salır: Yerinə bu şəxs gələcək

Dağıstanın hazırkı rəhbəri Sergey Məlikov yaxın aylarda vəzifəsindən gedə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” və “RBC” qəzetləri məlumat yayıb.

Dağıstanlı ictimai-siyasi bloger Rəsul Maazov bildirib ki, Məlikov artıq istefa ərizəsi verib, lakin bu məlumat rəsmi təsdiqlənməyib. Mənbələrə görə, istefa qərarı daşqından əvvəl verilib.

Prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanov bu vəzifəyə əsas namizəd kimi nəzərdən keçirilir.

Избранный
42
publika.az

1Источники