RU

Tramp Ağ Evin yüksəkvəzifəli şəxslərini əfv etmək niyyətindədir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp vəzifəsindən ayrılmazdan əvvəladministrasiyasının bütün yüksəkvəzifəli şəxslərini əfv etməkniyyətini bir daha təkrarlayıb.

Trend xəbər verir ki, bubarədə “The Wall Street Journal” məlumat yayıb.

Tramp bununla gələcəkdə onları mümkün təqiblərdən qorumağaçalışacağını bildirib.

O deyib: “Oval Ofisə 200 fut (təxminən 60 metr) yaxın olan hərkəsi bağışlayacağam”.

Nəşrin müəllifləri vurğulayıblar ki, Tramp Ağ Evdən ayrılmaqbarədə danışarkən 2029-cu ildə prezidentlik müddətinin başaçatmasını nəzərdə tutur.

Избранный
47
3
az.trend.az

5Источники