RU

Cennifer Lopezə 60 milyonluq jest etdi Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hollivud ulduzu Ben Afflekin keçmiş həyat yoldaşı Cennifer Lopezə Beverli-Hillzdə yerləşən milyonluq malikanədəki payını pulsuz verdiyi bildirilir.

“Qafqazinfo” TMZ-yə istinadən xəbər verir ki, keçmiş cütlük “ər-arvad arasında əmlakın ötürülməsi”ni əks etdirən razılaşmaya dəyişiklik edib.

Sənəddə köçürmənin detalları açıqlanmasa da, vəziyyətə yaxın mənbələr Afflekin mülkdəki bütün payını Lopezə heç bir ödəniş almadan təqdim etdiyini bildirib.

Söhbət 2023-cü ilin iyununda cütlüyün birlikdə 60,85 milyon dollara aldığı Beverli-Hillz malikanəsindən gedir. Təxminən 38 min kvadratmetrlik əraziyə malik olan evdə 12 yataq otağı, 24 hamam otağı və basketbol meydançası yerləşir. O dövrdə cütlüyün bu mülkü nağd ödənişlə aldığı deyilirdi.

2022-ci ilin iyulunda evlənən Afflek və Lopez bir il sonra ayrılıq xəbərlərinin fonunda malikanəni satışa çıxarmışdılar. Daha sonra isə Lopez boşanma üçün müraciət edib. Cütlük 2025-ci ilin yanvarında rəsmi şəkildə boşanıb.

Məlumata görə, malikanənin satışı ilə bağlı çətinliklər yaranıb və tərəflər böyük maliyyə itkisi ilə üzləşməmək üçün evi satışdan çıxarmaq qərarına gəliblər. Afflekin jestindən sonra isə mülkün gələcəyinin tamamilə Lopezin qərarından asılı olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
1
qafqazinfo.az

2Источники