RU

Rusiyalı həkim: "Arıqlamaq üçün çörəkdən imtina etmək vacib deyil"

"Arıqlamaq istəyənlərin əksəriyyəti ilk növbədə çörəkdən imtina etsə də, əslində bu, heç də vacib şərt deyil". Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı həkim-endokrinoloq Yuliya Atamanova danışıb.


Mütəxəssisin sözlərinə görə, burada əsas məsələ çörəyin özü deyil, ümumi qidalanma balansı və yeyilən qidanın miqdarıdır.


"Çəki artımı çörək yeməkdən deyil, ondan həddindən artıq istifadə etməkdən qaynaqlanır. Mən özüm çörəyi çox sevirəm, hər gün yeyirəm və onsuz necə keçinmək olacağını təsəvvür edə bilmirəm. Bundan əlavə, əgər tamtaxıllı çörəkdən danışırıqsa, bu, orqanizmi liflə təmin etmək üçün mükəmməl bir məhsuldur", - deyə Atamanova qeyd edib.


Ekspert bildirib ki, rasiondan çörəyi tamamilə çıxarmaq adətən qısamüddətli nəticə verir və gələcəkdə insanın yenidən onu hədsiz miqdarda yeməsinə səbəb ola bilər. Daha vacib olan məqam bu məhsulu gündəlik qidalanma rejiminə uyğunlaşdırmaq və porsiyalara nəzarət etməyi öyrənməkdir.


Həkimin sözlərinə görə, bir yemək üçün təhlükəsiz porsiya təxminən 25-50 qram təşkil edir. Bu zaman sadətərkibli tamtaxıllı çörəyə üstünlük vermək daha məqsədəuyğundur. Belə çörək insanı daha yaxşı doyurur və əlavə qəlyanaltılara ehtiyac qalmadan uzun müddət toxluq hissi yaradır.

Tarix: 11 Aprel 2026, 09:06   
Избранный
23
pravda.az

1Источники