RU

Arbeloadan 21 ci əsrin antirekordu

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Arbeloadan 21-ci əsrin antirekordu

“Real” Madridın baş məşqçisi Alvaro Arbeloa 21-ci əsrdə klub tarixinin ən pis göstəricilərindən birinə imza atıb.

QOL.az bu haqda “Madrid Universal” nəşrinə istinadən xəbər verir.

İspaniya La Liqasının 31-ci turunda “Jirona” ilə 1:1 hesablı heç-heçədən sonra məlum olub ki, madridlilər Arbeloanın rəhbərliyi altında keçirdiyi ilk 20 oyunda 24 qol buraxıb. Bu isə onu son 25 ildə “Real”ın ən çox qol buraxan məşqçisi edib.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis komandanın baş məşqçi vəzifəsinə yanvarın 12-də Xabi Alonsonu əvəzləyərək gətirilib. Xarici KİV-lərin məlumatına görə, klub rəhbərliyi artıq onun əvəzləyicisini axtarır.

Hazırda “Real” La Liqada 70 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu olan lider “Barselona”dan 6 xal geri qalır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
qol.az

2Источники