ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İranın zəiflik hiss etdiyini və prezident Donald Tramp güzəştə gedənə qədər ona təzyiq göstərəcəyini bildirib.
"Yeni Sabah" CNN-ə istinadla xəbər verir ki, onun fikrincə, Tramp öz qiymətləndirməsində açıq şəkildə mövcud vəziyyətdən çıxış yolu tapmaq istəyir və İran onun zəif damarını tutub.
Boltonun sözlərinə görə, Trampın əvvəllər səsləndirdiyi təhdidləri yerinə yetirməkdən imtina etdiyinə görə rəqibləri"Tramp qorxaqdır" prinsipi ilə fəaliyyət göstərəcəklər.
Telegram kanalımız