RU

“Guardian”: Bu gün Pakistanda müharibə qərarı verilə bilər

BAKI, 11 aprel. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İslamabadda İranla sülh danışıqlarına göndərilməsi yüksək riskli şəraitdə və məhdud təsir imkanları ilə həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadla “Guardian” məlumat yayıb.

Nəşrin yazdığına görə, əvvəllər ABŞ-nin Yaxın Şərqdəki müharibələrini tənqid edən Vens indi Hörmüz boğazına nəzarətə və son hücumlara qarşı müqavimətə arxalanaraq mövqelərini gücləndirdiyini iddia edən İranla üz-üzədir:

“Vensin missiyası kövrək atəşkəslə davamlı razılaşma arasında olan boşluğu doldurmaqdır. Amma o, çətin seçim qarşısındadır: ya atəşkəsi qorumaq üçün ciddi güzəştlərə gedəcək, ya da müharibənin yenidən başlanması riskini qəbul edəcək”.

Məqalədə Livanın atəşkəs razılaşmasına daxil edilməsi və Tehranın dondurulmuş aktivlərinin sərbəst buraxılması üçün ilkin şərtləri ilə bağlı fikir ayrılığına da diqqət çəkilib. Vurğulanıb ki, iranlılar həmişə danışıqlar prosesində uzadıcı taktika ilə tanınırlar və bu, məhdud diplomatik təcrübəyə malik Vens üçün ciddi sınaq olacaq.

Nəşr əlavə edib ki, gözlənilən çətin danışıqların nəticəsi Vensin siyasi gələcəyi baxımından da mühüm əhəmiyyət daşıyır.

İkitərəfli görüşün aprelin 11-nə Pakistanın paytaxtı İslamabadda planlaşdırılıb.

Избранный
16
teleqraf.com

1Источники