RU

Dağıstanda su altında qalan binaların sayı açıqlandı

BAKI, 11 aprel. TELEQRAF

Dağıstanda 760-dan çox yaşayış binası, 812 bağ sahəsi su altında qalıb.

Teleqraf-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, bölgədə beş bələdiyyədə və doqquz yaşayış məntəqəsində 762 yaşayış binası, 812 bağ sahəsi, 76 yol hissəsi su altında qalıb.

175 uşaq da daxil olmaqla 524 nəfər 16 müvəqqəti yaşayış mərkəzinə yerləşdirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzində Dağıstana 100-dən çox xilasedici, 30 müvafiq texnika göndərilib.

Избранный
24
1
teleqraf.com

2Источники