RU

Azərbaycan neftinin qiyməti 120 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 4,04 % azalaraq 119,98 ABŞ dolları təşkil edib.

Ölkə.az-ın hərracların nəticələrinə istinadən məlumatına görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 126,11 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,04 ABŞ dolları və ya 4,2 % azalaraq 114,84 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Избранный
4
40
olke.az

10Источники