RU

Parkinson xəstəliyini necə tanımaq olar? - Səhiyyə Nazirliyinin nevroloqu (FOTO)

Bakı. Trend:

Hər il 11 aprel tarixində qeyd olunan Ümumdünya ParkinsonXəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirməninartırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstəriləndəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Trend xəbərverir ki, bununla bağlı Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Tibbi Bərpaİnstitutunun həkim-nevroloqu Məmmədova Nərmin ilə Parkinsonxəstəliyi haqqında söhbət aparılıb.

– Doktor, Parkinson xəstəliyi nədir və niyə yaranır?

– Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini vəkoordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsaledən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə rdilənxroniki nevroloji bir prosesdir. Dopamin səviyyəsi azaldıqca beyinəzələlərə düzgün komandalar göndərə bilmir, bu da hərəkətpozuntularına, əzələ sərtliyinə və hərəkətlərin ləngiməsinə səbəbolur.

Bu proses əsasən bazal qanqliyaların fəaliyyətində disbalansyaradır və nəticədə həm könüllü, həm də avtomatik hərəkətlərpozulur. Xəstəlik tədricən irəliləyir və erkən mərhələlərdə çoxvaxt nəzərə çarpmaya bilər. Xəstəliyin dəqiq yaranma səbəbləriməlum olmasa da bir neçə faktorun təsiri əsas götürülür.

Müəyyən mutasiyalar xəstəliyə meyillilik yarada bilər, lakin buhallar ümumi pasiyentlərin kiçik hissəsini təşkil edir. Xəstəlikəsasən 60 yaşdan sonra daha çox rast gəlinir. Bununla yanaşı,oksidativ stress, neyroinflamasiya və hüceyrə səviyyəsindəmetabolik pozğunluqlar da dopamin sintez edən hüceyrələrin məhvinəsəbəb olur.

– Parkinson xəstəliyinin əlamətləri necə inkişaf edir vəgündəlik həyata necə təsir edir?

– Parkinson simptomları gizli başlayır və zaman keçdikcə dahaaydın şəkildə üzə çıxır.

Adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində,əksərən bir əldə titrəmə ilə başlayır. Xəstələr addımlarınkiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hissedirlər.

Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balanspozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması(mikroqrafiya) tipik əlamətlərdir. Zamanla posturun önə doğruəyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqətçəkir.

Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik,yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühümkomponentləridir. Bu əlamətlər bəzən motor simptomlardan əvvəlmeydana çıxa bilər.

Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələnqidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstəninmüstəqilliyi tədricən azalır.

– Parkinson xəstəliyinin diaqnozu necə qoyulur və hansımüayinələrdən istifadə olunur?

– Hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifiklaborator və instrumental müayinə mövcud deyil və diaqnoz əsasənklinik qiymətləndirməyə əsaslanır.

Həkim tremorun xarakterini, hərəkətlərin sürətini, əzələtonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın(hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardanbiridir.

MRT və KT müayinələri daha çox digər nevroloji patologiyalarıistisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporterskanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergiksistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edəbilər.

Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinsondiaqnozunu gücləndirən mühüm göstəricidir.

– Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinənecə təsir edir?

– Parkinson xəstəliyi beyindəki neyrokimyəvi dəyişikliklər vəfiziki məhdudiyyətlər səbəbindən psixoloji vəziyyətə ciddi təsirgöstərir.

Depressiya və narahatlıq halları geniş yayılmışdır və buvəziyyətlər həm bioloji, həm də sosial faktorlarla əlaqəlidir.Xəstələrdə sosial aktivliyin azalması və özünə inamın zəifləməsimüşahidə olunur.

İrəliləyən mərhələlərdə diqqət zəifliyi, yaddaş problemləri vədemensiya riski arta bilər. Buna görə psixoloji dəstək, ailə vəsosial mühitin qorunması müalicənin vacib hissəsi hesab olunur.

– Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçünhansı strategiyalar mövcuddur?

– Müntəzəm idman hərəkətləri hərəkət amplitudasını qoruyur,əzələ sərtliyini azaldır və balansı yaxşılaşdırır.

Vitamin və mineral baxımından balanslı qidalanma ümumisağlamlığı dəstəkləyir və bəzi qeyri-motor simptomlarınyüngülləşməsinə kömək edir.

Ev şəraitinin təhlükəsiz təşkili, sürüşməyən səthlər və köməkçivasitələrdən, məsələn əsadan istifadə yıxılma riskini azaldır vəmüstəqilliyi artırır.

Psixososial dəstək: Sosial aktivlik və psixoloji yardım xəstəninemosional stabilliyini qoruyur.

– Parkinson xəstəliyinin gedişatında fizioterapiya vəreabilitasiyanın rolu nədən ibarətdir?

– Fizioterapiya Parkinson xəstəliyində uzunmüddətli idarəetməninəsas sütunlarından biridir və məqsəd yalnız simptomları azaltmaqdeyil, həm də xəstənin funksional müstəqilliyini qorumaqdır.Reabilitasiya proqramı fərdi şəkildə tərtib olunur və xəstəliyinmərhələsinə uyğun olaraq davamlı şəkildə yenilənməlidir.

Reabilitasiya məqsədilə Hotpack, hidroterapiya, bimanualterapiya, elektroterapiya və digər köməkçi üsullar əzələgərginliyini azaltmaq və hərəkət rahatlığını artırmaq üçün istifadəoluna bilər.

Oynaqların sərbəstliyini qorumaq və hərəkət məhdudiyyətininqarşısını almaq üçün müntəzəm, nəzarətli hərəkətlər tətbiq edilir.Bu məşqlər xəstəliyin azalmasına kömək edir.

Tənəffüs və zehni fokuslanma ilə müşayiət olunan rahatlamaüsulları ümumi əzələ tonusunu azaldır və hərəkətlərin daha sərbəsticrasına şərait yaradır.

Qamətin düzəldilməsi və döş qəfəsinin hərəkətliliyininartırılması həm duruşun yaxşılaşmasına, həm də tənəffüsfunksiyasının qorunmasına kömək edir.

Müqavimətə qarşı aparılan məşqlər vasitəsilə əzələ zəifliyiazaldılır və gündəlik fəaliyyətlər üçün tələb olunan fiziki gücsaxlanılır.

Balans və koordinasiya təlimi: Müxtəlif mövqelərdə sabitliyinqorunması, çəkini ötürmə və istiqamət dəyişmə məşqləri yıxılmariskini azaltmaq üçün əsas rol oynayır.

Yerimə zamanı ritmin formalaşdırılması, addım uzunluğununartırılması və hərəkətin başlanmasının asanlaşdırılması üzərindəişlənilir. Bu məqsədlə vizual və ya səs stimullarından istifadəoluna bilər.

Bütün bu məşqlər mütləq şəkildə fizioterapevt tərəfindən ilkinqiymətləndirmədən sonra xəstənin fərdi ehtiyaclarına uyğun proqramdaxilində tətbiq olunmalıdır.

Parkinson
Məqalədə:
Избранный
32
8
az.trend.az

9Источники