RU

Rusiya FHN: Dağıstanda 760 dan çox ev su altındadır

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

"Regionun doqquz yaşayış məntəqəsi su altında qalmaqda davam edir: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi", - məlumatda vurğulanıb.

FHN-in məlumatına görə, nəticələrin aradan qaldırılması üçün bölgəyə 3,8 mindən çox mütəxəssis və mindən çox texnika cəlb edilib.

Hazırda 16 müvəqqəti yerləşdirmə məntəqəsində 524 nəfər qalır, onlardan 175-i uşaqdır.

Qeyd edək ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqına səbəb olub. Əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə federal səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.

"Report"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
3
azxeber.com

4Источники