RU

Rusiyada tətbiqlər VPN istifadəçilərini nəzarətə götürdü Ən məşhur 30 tətbiqdən 22 si bu funksiyaya malikdir

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada populyar tətbiqlərin böyük hissəsi istifadəçilərin VPN işlədib-işlətmədiyini izləyir. “RKS Global” layihəsinin araşdırmasına görə, RuStore və Google Play-də ən məşhur 30 tətbiqdən 22-si bu funksiyaya malikdir.

Araşdırmaya görə, VPN istifadəsini əsasən bank tətbiqləri, onlayn alış-veriş platformaları və böyük texnoloji şirkətlərin tətbiqləri izləyir. Buraya Yandex və VK kimi şirkətlərin tətbiqləri də daxildir.

Ən azı 18 tətbiq VPN istifadəsi ilə bağlı məlumatları öz serverlərinə göndərir. Bu məlumatlar isə lazım gələrsə gücstrukturlarına verilə bilər.

Bəzi tətbiqlər daha geniş məlumat toplayır. Belə ki:

“YandexBrauzer” telefondaanonimTorBrowserolub-olmadığını müəyyənedir;

“Samokat” və MegaMarketcihazdahansı VPNproqramlarının yükləndiyini görə bilir;

Avito isə telefondakı 200-dən çox tətbiq barədə məlumat toplayır.

Bu tətbiqlərin çoxu arxa planda işləyir və istifadəçi bunu hiss etmir.

Ekspertlərin fikrincə, hələlik bəzi tətbiqlər VPN-ni izləyə bilmir. Bunlara “Yandex Market”, “Yandex Eda”, “Gosuslugi”, “Yandex Go” və digərləri daxildir.

Mütəxəssislər istifadəçilərə təhlükəsizlik üçün iki telefon işlətməyi məsləhət görür: yalnız yerli tətbiqlər, digəri isə VPN ilə istifadə üçün.

Son vaxtlar Rusiyada internetə məhdudiyyətlərin artması – mobil internetin kəsilməsi, saytların “ağ siyahı” ilə işləməsi və tətbiqlərin bloklanması narazılıqları artırıb.

Bu fonda hökumət VPN-lərə qarşı daha sərt addımlar atır. İT şirkətlərinə VPN istifadəsini aşkar etmək tapşırılıb. Hətta bəzi hallarda istifadəçilərə VPN-dən istifadə üçün ödəniş tətbiq edilməsi də müzakirə olunur.

BBC-nin məlumatına görə, bu təşəbbüs əsasən FSB tərəfindən irəli sürülüb.

Bundan əlavə, Rusiya hakimiyyəti internetə nəzarəti gücləndirmək üçün böyük texniki sistem qurmağı planlaşdırır. Məqsəd onlayn trafiki daha geniş şəkildə izləmək və məhdudlaşdırmaqdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
azpolitika.info

1Источники