RU

Şahbaz Şərif: ABŞ-İran danışıqlarının nəticəsi Allahın əlindədir

ABŞ və İran arasında danışıqlara ev sahibliyi etməsi təkcə Pakistan üçün deyil, bütün müsəlman dünyası üçün qürurverici bir andır.

Ölkə.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadda ABŞ və İran arasında atəşkəs danışıqlarını şərh edərkən deyib.
 Baş nazir bildirib ki, Pakistan çətin bir iş olan danışıqların uğur qazanması üçün əlindən gələni edəcək. 

Baş nazir Şahbaz Şərif bildirib ki, İran və ABŞ arasında İslamabadda planlaşdırılan danışıqlar tarixi bir fürsətdir. Şərif danışıqları davamlı atəşkəsin əldə olunması üçün tarixi bir  fürsət  adlandırıb. "Danışıqların bu mərhələsi davamlı atəşkəs axtarışında həlledici məqamdır", - o vurğulayıb.

 Danışıqların nəticəsi ilə mövqeyini açıqlayan Baş nazir Şərif deyib: “Nəticə Allahın əlindədir".

Mürtəza

Избранный
19
4
olke.az

5Источники