RU

Bakıda 6-cı Startap Forumu keçirilir » AzadMedia.az



Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu keçirilir.

Təşkilatçısı "Miniboss Biznes Məktəbi" olan bu tədbir artıq Azərbaycanda sahibkarlıq sahəsində formalaşmış mühüm bir ənənəyə çevrilib.

Bu il də Forumda 20 komanda iki istiqamət üzrə - SIFE ("Startups in Innovative Free Entrepreneurship") və SAGE ("Startups for the Advancement of a Global Environment") kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim edəcəklər. Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edəcək.

Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələri əhatə edir.
Избранный
17
6
azadmedia.az

7Источники