RU

Enerji bazarında gərginlik: Böyük güclər toqquşur

Hindistan və Filippin daxil olmaqla, bəzi Asiya ölkələri, ABŞ-nin Rusiya neftinin alınmasına tətbiq etdiyi sanksiya istisnasının 11 aprel tarixində başa çatacaq müddətinin uzadılması üçün lobbi fəaliyyəti aparır. 

Lakin məlumatlara görə, bu təşəbbüsə Avropa müttəfiqləri qarşı çıxır.

"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg"-in mənbələrə istinadən yaydığı məlumata görə, Asiya ölkələrinin təzyiqi ABŞ və İsrailin hərbi əməliyyatlarının başlamasından sonra qlobal neft qiymətlərinin 30 faizdən çox artması və Hörmüz boğazı ətrafında faktiki blokada səbəbilə yaranan enerji çatışmazlığı fonunda daha da güclənib.

Vaşinqtondakı Hindistan nümayəndə heyəti eyni zamanda İran neftinə tətbiq olunan istisnanın uzadılmasını və Rusiyanın mayeləşdirilmiş təbii qazına (LNG) dair güzəştlərin genişləndirilməsini də tələb edir. Filippinin ABŞ-dəki səfiri Jose Manuel Romualdez isə Rusiya neftinə dair istisnanın uzadılması səylərini “davam edən proses” kimi qiymətləndirib.

Məlumata görə, ABŞ-nin Avropadakı müttəfiqləri bu addımın Moskvaya verilən güzəştləri artıracağını və Qərbin Rusiyaya qarşı sanksiya siyasətini zəiflədəcəyini əsas gətirərək uzadılma təşəbbüslərinə qarşı çıxır.

ABŞ-nin maliyyə naziri Skott Bessent bu istisnaları “qəsdən qəbul edilmiş, qısamüddətli tədbir” kimi qiymətləndirib. Daha əvvəl bəzi keçmiş ABŞ rəsmiləri də bu həftə istisnanın uzadılmasının gözlənildiyini bildirmişdi.

Bu addımın ABŞ-nin İranla müharibədən sonra sürətlə artan neft qiymətlərini nəzarətdə saxlamaq cəhdi olduğu qeyd olunur.

Избранный
15
1
cebheinfo.az

2Источники