RU

Pakistan konstruktiv yanaşmanı ABŞ-İran danışıqlarının mühüm hissəsi adlandırıb

Pakistanın ABŞ-dəki səfiri Rizvan Səid Şeyx ABŞ və İran arasında danışıqlara konstruktiv yanaşmanın birinci dərəcəli əhəmiyyət daşıyan vəzifə olduğunu bəyan edib.

"Far.Az"un məlumatına görə, o bu barədə ABŞ KİV-inə müsahibəsində bildirib.

"Hesab edirəm ki, ən vacib məqam hər iki tərəfin konstruktiv əhvali-ruhiyyəsidir. Əgər bu danışıqların zəruriliyinə və mümkünlüyünə əmin olmasaydılar, onlara razılıq verməzdilər", - səfir aprelin 11-də İslamabadda planlaşdırılan ABŞ və İran arasında danışıqları şərh edərkən deyib.

Diplomat qeyd edib ki, danışıqlar çərçivəsində tərəflər onları narahat edən məsələlər barədə razılığa gələ biləcəklər:

"Bu danışıq prosesidir. Əgər hər hansı məsələlər əlavə iş tələb edirsə, onlar danışıqlar zamanı həll olunacaq. Vasitəçinin rolu tərəfləri danışıqlar masasına gətirmək və onlara özlərini nəyin qane etdiyini müəyyən etməyə imkan verməkdir".

O vurğulayıb ki, Pakistan İslamabadın vasitəçilik səylərində üçüncü ölkələrin dəstəyini hiss edir: "Biz beynəlxalq ictimaiyyətin dəstəyini hiss edirik. Təkcə dünən rəhbərliyimiz 50-dən çox zəng alıb. Hamı vəziyyəti diqqətlə izləyir və nəticəyə ümid edir".

Qeyd edək ki, xarici KİV-lərin məlumatlarına görə, İran və ABŞ nümayəndə heyətləri danışıqların keçirilməsi üçün artıq İslamabada gediblər.

Избранный
12
1
far.az

2Источники