RU

Bu gün tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 illik yubileyi qeyd olunur

Bu gün Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış pedaqoq Qəmər xanım Quliyevanın 80 illik yubileyi qeyd olunur.

Ömrünün böyük bir hissəsini ölkəmizin mədəniyyətinin inkişafına, uşaq və gənclərin musiqi təhsilinə həsr edən Qəmər xanım əmək fəaliyyətinə Səbail rayonunda yerləşən Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində başlamış, düz 36 il ərzində həmin təhsil ocağına rəhbərlik etmişdir.

Bu müddət ərzində o, minlərlə uşaq və yeniyetməyə musiqinin incəliklərini öyrətmiş, yüzlərlə tanınmış və xalqımızın sevimli musiqiçilərinin yetişməsində mühüm rol oynamışdır. Bununla yanaşı, ölkənin ictimai-siyasi həyatında da fəal mövqe sərgiləmişdir.

Bu əlamətdar yubiley münasibətilə Qəmər xanım Quliyevanı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, eləcə də hər zaman olduğu kimi səmimi, gülərüz və həyat dolu qalmağı arzu edirik.

Избранный
35
veteninfo.az

1Источники