RU

Çin nefti hansı ölkələrdən alır?

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2025-ci ildə Çin gündəlik 11,4 milyon barel həcmində xam neft idxal edib.

Modern.az xəbər verir ki, statistik məlumatlara əsasən, ölkənin əsas neft tədarükçüləri sırasında Rusiya birinci yerdə qərarlaşıb. Belə ki, Rusiyadan Çinə gündəlik 2,04 milyon barel neft ixrac olunub ki, bu da ümumi idxalın 17,9%-ni təşkil edir.

Siyahıda ikinci yerdə Səudiyyə Ərəbistanı qərarlaşıb. Bu ölkədən idxal olunan neftin həcmi 1,60 milyon barel (14,0%) olub. İlk üçlüyü isə 1,55 milyon barel (13,6%) göstərici ilə İran tamamlayır.

İraq da əsas tərəfdaşlar sırasında yer alıb. Bu ölkədən Çinə gündəlik 1,25 milyon barel neft tədarük olunub ki, bu da ümumi idxalın 11,0%-nə bərabərdir.

Digər böyük tədarükçülər arasında Braziliya (0,91 milyon barel, 8,0%), Birləşmiş Ərəb Əmirlikləri (0,76 milyon barel, 6,7%), Oman (0,71 milyon barel, 6,2%) və Anqola (0,58 milyon barel, 5,1%) da yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
modern.az

1Источники