Bu il mart ayının 1-nə Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə banklar tərəfindən verilən kreditlərin (BOKT-lar istisna olmaqla, vaxtı keçmiş kreditlər daxil edilmədən) həcmi 44 milyon manat təşkil edib.
"Unikal" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% və ya 39,9 milyon manat azdır. Aylıq müqayisədə isə kreditlərin məbləği 60% və ya 16,5 milyon manat artıb.
Qeyd edək ki, cari ilin martın 1-nə Azərbaycanda real sektora cəmi kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 0,4%, illik müqayisədə isə 9%-ə yaxın artıb.