RU

İtkin kimi axtarılırdı Restoranda ölübmüş

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtkin kimi axtarışa verilmiş şəxsin öldüyü məlum olub.

“Qafqazinfo” xəbər verir ki, aprelin 9-u saat 14 radələrində Xırdalan şəhər sakini 1984-cü il təvəllüdlü Samir Asif oğlu Həmzəyevin yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər. Qeyd edilib ki, 42 yaşlı kişi özünə məxsus “Hyundai” markalı avtomobillə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Aparılan araşdırmalarla S.Həmzəyevin aprelin 10-u saat 12 radələrində Xırdalan şəhərində yerləşən restoranda ürək çatışmazlığından öldüyü müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
23
5
qafqazinfo.az

6Источники