RU

Rusiyadan miqrantları buna görə də deportasiya edəcəklər

Rusiyada miqrantların deportasiya olunmasına səbəb olan halların sayı təxminən iki dəfə artırılacaq. 

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Viyaçeslav Volodin yeni qanun layihəsinin ictimai təhlükəsizliyi gücləndirmək və əcnəbilərin davranışlarına nəzarəti sərtləşdirmək məqsədi daşıdığını bildirib. 

Hazırlanan layihəyə əsasən, mövcud səbəblərə əlavə olaraq ictimai asayişi pozmaq, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmamaq və infrastruktur sistemlərinin fəaliyyətinə mane olmaq kimi pozuntular da deportasiya səbəbi sayılacaq. 

Bundan əlavə, internetdə insan ləyaqətini alçaldan məzmun paylaşmaq, Rusiya ordusunu ictimai şəkildə nüfuzdan salmaq və Rusiyaya qarşı sanksiyaları dəstəkləyən çağırışlar etmək də yeni qaydalar çərçivəsinə daxil ediləcək. 

Volodin bəzi pozuntular üzrə deportasiya qərarı ilə yanaşı cərimələrin də artırılacağını qeyd edib. Hazırda miqrantların deportasiyası 22 müxtəlif inzibati hüquq pozuntusu əsasında həyata keçirilir. Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə qanun pozuntularına görə 72 min xarici vətəndaş deportasiya olunub. 

Son illərdə Rusiyada miqrasiya siyasəti xeyli sərtləşdirilib. 2024-cü ildən bu sahədə 20-dən çox federal qanun qəbul edilib. Yeni dəyişikliklərlə hakimiyyət orqanları miqrantların ölkə daxilində fəaliyyətinə nəzarəti daha da artırmağı hədəfləyir. 

Избранный
4
50
cebheinfo.az

10Источники