RU

“Barselona”nın azarkeşləri saxnalanıldı

İspaniya polisi Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə “Atletiko” arasında keçirilən ilk oyundan (0:2) sonra Kataloniya klubunun üç azarkeşini saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Bildirilir ki, fanatlar qarşılaşmadan əvvəl “matrasçılar”ın avtobusuna daş və butulka ataraq şüşəsini sındırıblar.

Mənbənin məlumatına görə, saxlanılan şəxslərdən biri artıq əmlaka ziyan vurmaqda ittiham olunub. Hazırda polis iğtişaşlara səbəb olan digər “Barsa” azarkeşlərini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Избранный
23
publika.az

1Источники