Tbilisidə təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq oyununu keçirəcək.“Aia.az” xəbər verir ki, komanda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq.Bu komandalar arasında 2 gün əvvəl keçirilmiş matçda meydan sahibləri 4:2 hesabı ilə qalib gəlmişdi.Qeyd edək ki, Azərbaycan yığması daha 2 yoldaşlıq oyununa çıxacaq. Yığmamız aprelin 13-də və 15-də Aktauda Qazaxıstanla qarşılaşacaq.