RU

Lavrovun sualı erməniləri qəzəbləndirdi: Putinlə Paşinyanı gözləyərəkən...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiyaya səfəri zamanı mübahisə yaranıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan nümayəndə heyətinin üzvlərini danlayıb. Paşinyanı və Rusiya Prezidenti Vladimir Putinin gəlişini gözləyərkən Lavrov ermənilərə istehza ilə sual ünvanlayıb. O, “Avropa İttifaqının (Aİ) hibrid qrupu da gəlib? Onlar kimə qarşı mübarizə aparırlar?” – deyə soruşub.

İddialara görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarına kobud şəkildə cavab verib. O, guya Lavrovun nə barədə soruşduğunu anlamadığını göstərərək “xəbərim yoxdur” deyib.

Daha öncə Ararat Mirzoyanın Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxiləsi riski olduğu ilə bağlı Avropa İttifaqına məktub ünvanladığı açıqlanıb. Məlumata görə, Aİ rəsmisi Kaya Kallas bu məktuba cavab olaraq Ermənistana “hibrid sürətli reaksiya qrupu” göndərəcəyini açıqlayıb.

Kallas Rusiyadan Ermənistana təhlükə olduğuna dair bəyanat verib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
globalinfo.az

1Источники