Bu gün futzal üzrə Azərbaycan millisi ikinci yoldaşlıq görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin çalışdırdığl kollektiv yenə Gürcüstan yığması ilə qarşılaşacaq.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla üz-üzə gəlib. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.
Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.