RU

Ərdoğanın ziyarət zamanı yayılan görüntüləri heyrət doğurub FOTO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İstanbulda yerləşən Topkapı Sarayında qorunan müqəddəs əmanətlərlə bağlı maraqlı iddia yenidən gündəmə gəlib. Belə ki, bir neçə il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın saraya səfəri zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yenidən müzakirə olunmağa başlayıb.

Globalinfo.az bildirir ki, həmin kadrlarda Peyğəmbərin əbasının saxlanıldığı qızıl sandığın qapağında qeyri-adi insan simasına bənzər əksin göründüyü iddia olunur.

Görüntülər ilk olaraq 2022-ci ildə kliniki psixoloq Zirəddin Rzayev tərəfindən ictimailəşdirilib.

O, şəxsi Telegram kanalında paylaşdığı videodan götürülmüş kadr əsasında bu fikri irəli sürüb.

Zirəddin Rzayev

Məsələ qısa zamanda sosial mediada geniş rezonans doğurub. İstifadəçilərin bir qismi bunu işıq və kölgə effektindən yaranan optik illüziya kimi qiymətləndirsə də, digərləri hadisəyə daha mistik yanaşaraq izahı çətin fenomen kimi dəyərləndirib.

Z.Rzayev isə bildirib ki, mübahisələrə baxmayaraq ortada sual doğuran konkret bir görüntü mövcuddur və onun mahiyyəti ilə bağlı yekdil fikir yoxdur.

Qeyd edək ki, Topkapı Sarayında qorunan müqəddəs əmanətlər, o cümlədən Peyğəmbərin əbası əsrlərdir xüsusi qaydalarla mühafizə olunur və islam dünyasında böyük mənəvi əhəmiyyət daşıyır.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
globalinfo.az

1Источники