Ajans.az xəbər verir ki, bu barədə hökumətin rəqəmsal strategiya portalında məlumat verilib. Məlumata görə, qərar Fransanın idarələrarası rəqəmsal bölməsi (DINUM) tərəfindən qəbul olunub. Qurum iş proseslərində dəyişikliklər çərçivəsində Windows əməliyyat sistemindən açıq mənbəli Linux platformasına keçidi elan edib. Bildirilir ki, bu addım Fransanın rəqəmsal suverenliyini gücləndirməyə və xarici texnologiyalardan asılılığı azaltmağa xidmət edəcək. Keçidin bu ilin payızında başlanması planlaşdırılır. Hazırlıq mərhələsində dövlət qurumlarında istifadə olunacaq iş stansiyaları, əməkdaşlıq alətləri, antivirus proqramları, süni intellekt həlləri və verilənlər bazası sistemləri seçiləcək.