RU

Mançester Siti və Qalatasaray ın sabiq futbolçusu karyerasını başa vurub

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub.

"Cebheinfo.az" xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolun həyatında xüsusi yer tutduğunu vurğulayaraq, bu qərarı asanlıqla verdiyini bildirib.

Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını qeyd edib.

Qeyd edək ki, Fernando Rejes 2017-2019-cu illərdə "Qalatasaray"ın heyətində çıxış edib. O, İstanbul klubunda 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.

Braziliyalı futbolçu peşəkar karyerası ərzində "Vila Nova" (Braziliya), "Portu" (Portuqaliya), "Eştrela" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya) və "İnternasional" (Braziliya) klublarının da formasını geyinib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
3
cebheinfo.az

5Источники