İranın yeni Ali Lideri Müctəba Xameneinin müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində ağır xəsarətlər aldığı və hazırda müalicə olunduğu iddia edilir.
“Reuters” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Tehranın mərkəzindəki kompleksə edilən hücum nəticəsində 56 yaşlı Xameneinin üzü tanınmaz hala düşüb, ayaqları isə ciddi zədələnib.
NOCOMMENT.az xəbər verir ki, yaralarının ağırlığına baxmayaraq, yeni liderin şüurunun yerində olduğu və yüksəkrütbəli rəsmilərlə iclaslara səsli rabitə vasitəsilə qatıldığı bildirilir. Fevralın 28-dən bəri ictimaiyyət qarşısına çıxmayan Müctəba Xameneinin bir ayağını itirdiyi də ehtimallar arasındadır. ABŞ müdafiə naziri Pit Heqset və prezident Donald Tramp da Xameneinin ya öldüyü, ya da eybəcər hala düşəcək dərəcədə ağır yaralandığı barədə bəyanatlar səsləndiriblər. Hazırda İran sosial şəbəkələrində “Müctəba haradadır?” sualı ətrafında geniş müzakirələr və sui-qəsd nəzəriyyələri davam edir.
Sara,
NOCOMMENT.az