RU

Prospektdəki həmin çuxur təmir edildi - VİDEO - YENİLƏNİB

İntensiv yağışlardan sonra paytaxtın küçə və prospektlərinin asfalt örtüyündə yaranan çuxur və çökmələr sürücülərə problem yaratmaqdadır.

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.

Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.

***

AAYDA-nın əməkdaşları qeyd edilən ünvandakı çuxuru təmir ediblər.

Həmin görüntüləri təqdim edirik:

"Cebheinfo.az"

Избранный
5
7
cebheinfo.az

8Источники