RU

Mançester Yunayted də 100 milyon avroluq təmizlik : Beş futbolçu ilə yollar ayrılır

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərə Premyer Liqasının iddialı klublarından sayılan "Mançester Yunayted" yay transfer pəncərəsi üçün heyətində irimiqyaslı islahatlara start verməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, rəhbərlik qarşıdakı transfer dövründə futbolçu satışını həyata keçirərək klubun büdcəsinə tam 100 milyon avro məbləğində vəsait daxil etməyi qarşısına məqsəd qoyub.

Komandada köklü yenidənqurma prosesinə başlayan "qırmızı şeytanlar" əsas heyətin beş ulduz futbolçusu ilə vidalaşmaq barədə qəti qərar qəbul ediblər.

Satışa çıxarılacaq həmin oyunçular Manuel Uqarte, Coşua Zirkze, Andre Onana, Rasmus Hoylund və Markus Reşforddur.

Məlumata görə, komandada həyata keçiriləcək genişmiqyaslı "təmizlik" əməliyyatı çərçivəsində Karlos Kazemiro, Ceydon Sanço və Tayrel Malasiya da klubdan gedənlər siyahısında yer alacaqlar. Bu üç futbolçu "Mançester Yunayted"dən heç bir təzminat tələb olunmadan, azad agent kimi ayrılacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
43
1
cebheinfo.az

2Источники