RU

“Neftçi”nin sabiq ulduzu rekordlar kitabına düşmək istəyir

Məşhur yapon yarımmüdafiəçisi Keysuke Honda bu yay Sinqapurun “Juronq” klubuna qoşulacaq.

Publika.az xəbər verir ki, bu barədə Sinqapur klubunun mətbuat xidməti məlumat yayıb.

Honda 2026/27 mövsümünü “Juronq”da keçirəcək. 39 yaşlı yaponiyalı oyunçu 2024-cü ildən, yəni Butanın “Paro” klubunda oynadığı vaxtdan bəri oynamayıb.

Honda etiraf edib ki, qol vurduğu ölkələrin sayına görə dünya futbol rekordu qırmaq üçün karyerasını bərpa edir. Hazırda 10 ölkə var: Yaponiya, Niderland, Rusiya, İtaliya, Meksika, Avstraliya, Braziliya, Azərbaycan, Litva və Butan.

Избранный
21
publika.az

1Источники