“Meningit beyin və spinal qişaların iltihabıdır və artıq klassik əlamətlərlə başlamaya bilər. Bununla belə, saatlar içərisində ölümcül ola bilər”.
“Yeni Sabah” xəbər verir ki, bunu nevroloq, nevropotoloq Nailə Ələkbərova bildirib.
“Xəstələr çox zaman qeyri-spesifik simptonlarla müraciət edir. Yəni başa yayılmış, diffuz adlandırdığımız baş ağrısı, subfebril və ya yüksək hərarət, yuxululuq və ya davranış dəyişiklikləri, işıq və səsə qarşı həssaslıq kimi faktorlar geniş yayılıb”, - deyə o əlavə edib.
Həkim qeyd edib ki, bu kimi əlamətlərlə qarşılaşan hər kəsə mütləq şəkildə “Meningokok” və “Pnevmokok” adlı peyvəndlər vurulmalıdır:
“Erkən mərhələdə boyun rigidliyi olmaya bilər. Təhlükəli məqamlardan biri klassik triada dediyimiz qızdırma, boyun sərtliyi və şüur pozğunluğudur. Lakin bu əlamətlər hər xəsdə olmur. Ona görə də diaqnozun gecikməsi baş verir.
Riskli gedişatlardan biri bakterial formalarla bağlıdır. Belə olan halda meningokoklar sürətli septik şoka keçə bilər. Viral meningit daha yüngül gedişli olsa da, klinik ayırdetmə ilkin mərhələdə çətin ola bilir. Uşaqlar, gənclər və immun sistemi zəif insanlar yüksək risk qrupundadır. Xəstəyə izlə və gözlə rejimi ilə yanaşmaq olmaz. Təcili olaraq hospitalizasiya edilməli, erkən emprik antibbiotiklərə başlamalı və mütləq şəkildə Meningokok, Pnevmokok üzrə peyvəndləmə prosesi həyata keçirilməlidir. Klinik şübhə varsa, gecikmə ölümə səbəb ola bilər”.
Qeyd edək ki, meningit, beyin qişalarının iltihabı ilə xarakterizə olunan, ciddi və ölümcül bir infeksiyadır. Meningit bakteriya, virus və ya göbələk kimi müxtəlif patogenlər tərəfindən törədilə bilər, lakin bakterial meningit ən ciddi formadır. Ən çox səbəb olan bakteriya “Neisseria” meningitidir. Bu xəstəlik xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün böyük bir təhlükə yaradır. Meninqokok infeksiyaları sonrasında 10-14% ölüm, 11-19% hallarda isə ciddi qüsurlarla sağalma qeyd olunur. Meningokoklar hava-damcı yolu iləvə sekresiyaların birbaşa təması ilə yoluxur.
Aydan Hacı
Telegram kanalımız