Yazını böyüt
Yazını kiçilt
Ermənistanın Ararat vilayətinin mərkəzi Ararat şəhərində azərbaycanlılara qarşı soyqırımı təşkil edən bolşevik Stepan Şaumyanın abidəsini götürüləcək.
Hafta.az xəbər verir ki, bu barədə şəhər administrasiyası qərar verib.
Yaxın gələcəkdə bu məsələ ilə bağlı ictimai dinləmələr keçirilməsi planlaşdırılır.
Ararat administrasiyasının rəhbəri Helen Qasparyan bildirib ki, Stepan Şaumyanın heykəlinin ərazidən çıxarılması sakinlərin istəyidir.
İmza toplamaq barədə soruşulduqda, o, heç bir imza toplamadığını, “sadəcə müzakirə aparıldığını” bildirib./modern/