RU

Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərdi - Yenilənib

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərilir.

Sitat.info xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Ölkəmizdən Ermənistana 15 vaqon (887 ton) dizel yanacağının yola salınacağı bildirilib.

***

Bu gün Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından yola düşüb.

15 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.

Избранный
21
13
sitat.info

10Источники