Qəbələ. Trend:
Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsindəAzərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrininiştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsindəAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasınınxarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşbaş tutub.
Bu barədə Trend-in xüsusimüxbiri xəbər verir.
Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsiaparıb, həmçinin erməni nümayəndə heyətinin suallarınıcavablandırıb.
Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyivurğulanıb.
Görüşdə ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasındarazılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhunasadiqliyi bir daha diqqətə çatdırılıb.
Həmçinin iki ölkə arasında ticərət münasibətlərinin yaranması vəAzərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinintəmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi vəbunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinindəyişəcəyinə xidmət göstərəcəyi bildirilib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhgündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi,vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimadquruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşımasıvacibdir.
Prezidentin köməkçisi vurğulayıb ki, dünyada baş verən yenitəlatümlərin və müharibələrin fonunda Cənubi Qafqazda sülhün vətəhlükəsizliyin təmin edilməsi oluqca vacibdir.
Qeyd edək ki, aprelin 10–dan 12-dək keçirilən dəyirmi masada ikiölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşaəlaqələrin təşviqi məsələri müzakirə olunur.
Görüş 12 aprelədək davam edəcək.
“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaşcəmiyyəti nümayəndələri arasında dialoqun və birbaşa qarşılıqlıəlaqələrin təşviqinə davam edir. Bu dəfə erməni nümayəndə heyətiAzərbaycana quru sərhədi vasitəsilə gəlib, delimitasiya vədemarkasiya olunmuş sahəni keçərək sərhəd və pasport nəzarətininbütün müvafiq prosedurlarından keçib.
Xatırladaq ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistanvə ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdətəsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin cari vəziyyətinin, “SülhKörpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrindəki fəaliyyətininvə əldə olunmuş nəticələrin, eləcə də regiondakı vəziyyətinmüzakirəsi daxildir.
Ayrı-ayrı sessiyalar cəmiyyət səviyyəsində sülhün təşviqi vəsülh prosesinin növbəti mərhələlərində etimadınmöhkəmləndirilməsinə həsr olunacaq.
Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibindəTrend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyeviştirak edir.
Azərbaycandan olan iştirakçılar:
1.Fərhad Məmmədov – koordinator, Cənubi Qafqaz TədqiqatlarMərkəzinin direktoru.
2.Rusif Hüseynov – Topçubaşov Mərkəzinin direktoru.
3.Ramil İsgəndərli – Milli QHT Forumunun İdarə Heyətinin sədri.
4.Kəmalə Məmmədova – “First News Media” (1news.az) internetportalının baş redaktoru.
5.Fuad Abdullayev – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininaparıcı mütəxəssisi.
6.Dilarə Əfəndiyeva – Azərbaycan Qadın Hüquqlarının MüdafiəsiCəmiyyətinin nəzdində “Qadınlar, sülh və təhlükəsizlik” Mərkəzininrəhbəri.
7.Könül Bədəlova – İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin elmi işçisi.
8.Zaur Şiriyev – “Karnegi” Rusiya və Avrasiya Mərkəzinineksperti.
9.Rauf Ağamirzəyev – nəqliyyat üzrə ekspert, Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü.
10.Gülbəniz Qənbərova – “Kənd Qadınları Assosiasiyası” İctimaiBirliyinin sədri.
11.Nəzrin Əliyeva – “İnsan Hüquqlarına Dəstək Mərkəzi” İctimaiBirliyinin nümayəndəsi.
12.Sənan Rzayev – CBC telekanalının redaktoru və aparıcı siyasişərhçisi.
13.Emin Əliyev – TREND beynəlxalq informasiya agentliyinin başredaktoru.
14.Murad Muradov – Topçubaşov Mərkəzinin direktor müavini.
15.Aytən Qəhrəman – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininmüşaviri.
16.İlyas Hüseynov – siyasi analitik.
17.Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyininsədri.
18.Orxan Babayev – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzininəməkdaşı.
19.Orxan Amaşov – “AnewZ” baş redaktor müavini və aparıcısı.
20.Yeganə Hacıyeva – Mətbuat Şurası İdarə Heyətinin üzvü.
Ermənistandan olan iştirakçılar:
1.Areq Koçinyan – koordinator, Ermənistan Şurasınınprezidenti.
2.Boris Navasardyan – “Yerevan Mətbuat Klubu”nun fəxriprezidenti.
3.Naira Sultanayan – Demokratiyanın İnkişafı Fondunundirektoru.
4.Narek Minasyan – Ermənistan Şurasının assosiativ eksperti.
5.Samvel Meliksetyan – Ermənistan Şurasının eksperti.
6.Stepan Qriqoryan – Qloballaşma və Regional Əməkdaşlıq üzrəAnalitik Mərkəzin İdarə Heyətinin sədri.
7.Edqar Vardanyan – Ermənistan Şurasının assosiativ eksperti.
8.Robert Gevondyan – Ermənistan Şurasının eksperti.
9.Lusine Haratyan – yazıçı və mədəni antropoloq.
10.Nelli Minasyan – tarix elmləri doktoru, dosent, türkologiya üzrəmütəxəssis.
11.Davit Stepanyan – “1in.am” saytının siyasi şərhçisi, ErmənistanBeynəlxalq Təhlükəsizlik və Münasibətlər İnstitutunun eksperti.
12.Ruben Babayan – Yerevan Kukla Teatrının bədii rəhbəri.
13.Eleonora Sarqsyan – sülh və gender məsələləri üzrə ekspert,gənclərlə iş üzrə mütəxəssis.
14.Naira Martikyan – “JAMnews” (Ermənistan) redaktoru,direktoru.
15.Vazgen Karapetyan – “Avrasiya Tərəfdaşlığı” Fondunun direktormüavini.
16.Tatev Danielyan – Ermənistan İctimai Televiziyasının siyasiproqramlar üzrə baş redaktoru, aparıcısı.
17.Armen Petrosyan – regional siyasət üzrə ekspert, “Orbeli”Mərkəzi.
18.Alen Amirxanyan – Akopyan Ekoloji Mərkəzinin (AUA)direktoru.
19. Nelli Rafayelyan – jurnalist, Media Təşəbbüsləri Mərkəzi.
20.Ermənistan İctimai Televiziyasının operatoru.