RU

İrandan sərt şərtlər: Tehran “qırmızı xətlərini” masaya qoydu

İranın geniş nümayəndə heyəti Pakistanlı vasitəçilər vasitəsilə ABŞ tərəfinə özünün əsas şərtlərini və diplomatik “qırmızı xətlərini” rəsmən çatdırıb. İranın IRIB telekanalının yaydığı məlumata görə, Tehran danışıqlarda güzəştsiz mövqe nümayiş etdirərək strateji tələblərini irəli sürüb.

NOCOMMENT.az xəbər verir ki, İran tərəfinin əsas tələbləri aşağıdakı bəndlərdən ibarətdir:

Hörmüz boğazı üzərində tam nəzarət: Tehran boğazın təhlükəsizliyi və idarəetməsinin tamamilə İranın ixtiyarında qalmasını tələb edir.

Müharibə təzminatları: Son hərbi əməliyyatlar nəticəsində ölkənin infrastrukturuna və iqtisadiyyatına dəymiş zərərin ödənilməsi əsas şərtdir.

Maliyyə aktivlərinin azad edilməsi: Xarici banklarda, xüsusən ABŞ-ın təzyiqi ilə dondurulmuş bütün İran aktivlərinin qeyd-şərtsiz sərbəst buraxılması.

Regional atəşkəs: Yalnız sərhədlərdə deyil, İranın maraq dairəsində olan və proksi qüvvələrinin yerləşdiyi bütün bölgələrdə stabil və real atəşkəs rejiminin bərqərar olunması.

Ekspertlər hesab edir ki, bu tələblər Vaşinqton üçün olduqca ağır şərtlərdir və danışıqların gedişatını çətinləşdirə bilər. Lakin Tehranın bu addımı masada maksimum üstünlük əldə etmək cəhdi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

Избранный
39
13
nocomment.az

10Источники