ain.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp seçkilərə hazırlaşan Macarıstanın iqtisadiyyatını gücləndirmək üçün ABŞ-nin iqtisadi gücündən istifadə etməyə hazır olduğunu bildirib.
Tramp bazar günü seçkiyə gedəcək ölkədə Baş nazir Viktor Orbana bir daha dəstək verdiyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabından 12 apreldə ümumi seçkilərə gedəcək Macarıstanda Baş nazir Orbana dəstəyini təkrarlayan daha bir paylaşım edib.
ABŞ Prezidenti Tramp administrasiyasının Orban və Macarıstan xalqının ehtiyac duyacağı təqdirdə Macarıstan iqtisadiyyatını gücləndirmək üçün ABŞ-nin bütün iqtisadi gücünü istifadə etməyə hazır olduğunu ifadə edib.
Tramp həmçinin Orbanın davam edən liderliyinin yaradacağı gələcək rifaha investisiya qoymaq üçün həyəcanlı olduqlarını qeyd edib.
Macarıstanda yaxınlaşan seçkilər öncəsi Baş nazir Orbana dəstək verən Tramp seçiciləri Orbanı yenidən seçməyə çağırmışdı.
ABŞ vitse-prezidenti Cey Di Vens də 7 apreldə Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən mitinqdə Macarıstan xalqını Orbanı dəstəkləməyə səsləmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.