Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.
İranın Birinci vitse-prezidenti Mohammad Reza Aref Pakistanın paytaxtı İslamabadda keçiriləcək İran-ABŞ danışıqları ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, o, “X” platformasında paylaşım edərək bildirib ki, danışıqların nəticəsi qarşı tərəfin mövqeyindən asılı olacaq.
“Əgər İslamabadda “öncə ABŞ” deyənlərin nümayəndələri ilə danışıqlar aparsaq, dünya üçün faydalı bir razılaşmaya nail olmaq mümkündür. Lakin “öncə İsrail” deyənlərin nümayəndələri ilə qarşılaşsaq, heç bir razılaşma əldə olunmayacaq”, - o qeyd edib.
Aref vurğulayıb ki, razılaşma əldə olunmadığı təqdirdə İran öz müdafiə siyasətini qətiyyətlə davam etdirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.