RU

Məktəb yeməkxanasına hücum etdi, qadınlar əlbəyaxa oldu: İğdırda - VİDEO

İğdırda məktəb həyətində dəyənəklərlə dava baş verib! Hadisə kameraya düşüb.
Orta  yaşlı qadın məktəbin həyətində girdi, yeməknaya hücum etdi, qadınla əlbəyaxa savaşdı.

Ölkə.az xəbər verir ki, hadisə İğdırda orta məktəbdə baş verib.

 Belə ki, ortayaşlı bir qadın əlində  çomaqla uşaqların dərsdən çıxma vaxtı məktəbin həyətinə girərək yeməkxana istiqamətə gedərək yeməkxananın pəncərəsini sındırıb və işçiyə hücum edib. Qadının  yeməkxanaya hücumu, pəncərəsini sındırması və yeməkxana işçisi ilə əlbəyaxa olması  təhlükəsizlik kamerasına anbaan düşüb. 

Hadisə zamanı məktəbdəki şagirdlər və valideynlər panikaya düşsələr də, hadisə yerində olan digər valideynlər  aranı sakitləşdiriblər.
 
İddialara görə, hücum edən qadının əqli cəhətdən  problemi olub. Hadisənin səbəbi hələ də məlum deyil.

Избранный
44
3
olke.az

4Источники