RU

ABŞ İran aktivlərinin dondurulması qərarını ləğv etməyə razılaşıb - Reuters

ABŞ İranın Qətər və digər ölkələrin banklarında dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşıb.

Azreform.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi adını açıqlamadığı yüksək rütbəli iranlı mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda, iranlı rəsmi bildirib ki, vəsaitlərin dondurulmasının açılması "gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidinin təmin edilməsi ilə birbaşa bağlıdır".

Blokdan çıxarılacaq vəsaitin həcmi dəqiqləşdirilmir.

Amerika tərəfi hələlik bu məlumatı şərh etməyib.

Избранный
21
azreform.info

1Источники